Bakıda gözəllik yarışmasına seçimlər başladı - FOTO + VİDEO

Bakıda gözəllik yarışmasına seçimlər başladı - FOTO + VİDEO

"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin 2020-ci il üçün ilk kastinqi keçirilib

BakuCity.az xəbər verir ki, “Rich Hotel Baku”da keçirilən kastinqin münsiflər heyətində “Mister Azerbaijan 2019” Nicat Ələkbərli, “Miss Azerbaijan 2019” Səmra Hüseynova və ötən illərin qalibləri, müsabiqənin təsisçisi və baş təşkilatçısı Anelya Orduxanova, icraçı direktoru Amil Abbasov, baş koordinator və xoreoqrafı Ayla Mais, koordinator və xoreoqrafı Hidayət Xəlilov və piar meneceri Səxavət Qabiloğlu yer alıblar.

Tədbirdə “Miss & Mister Azerbaijan 2020” təşkilatçıları növbəti kastinqdə iştirakı açıq elan ediblər.

Belə ki, 30 noyabr tarixində "The Lobby" klubda baş tutacaq kastinqdə özünə inamlı, yaxşı xarici görünüşə sahib 16-28 yaşlarında oğlan və qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Ətraflı məlumatı müsabiqənin rəsmi instaqram səhifəsi (@missmisterazofficial) və ya +994 55 897-71-83 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

"Miss & Mister Azerbaijan"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər