Xəzərdə suyun səviyyəsi daha sürətlə enməyə başlayıb

Suyun səviyyəsi mənfi 28 metrə yaxındır

1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsi 1 metr 27 sm enib.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən Trend-ə deyiblər.

Şöbədən bildirilib ki, Xəzər dənizinin səviyyəsi həmişə tərəddüd edib. Lakin 1995-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. 2009-cu ildən isə enmə daha sürətlə baş verir.

Qeyd edilib ki, 2009-cu ildən dəniz suyunun səviyyəsində il ərzində 16-24 sm enmə müşahidə edilir. Hazırda Xəzərdə suyun səviyyəsi mənfi 28 metrə yaxındır.

Şöbənin tədqiqatlarının nəticələrinə görə, enmə prosesi hələ davam edir, lakin yay aylarında Xəzərdə suyun səviyyəsi nisbətən yüksək olur. Çünki dağlarda qarların əriməsi və onların şimaldan çaylar vasitəsilə Xəzərə tökülməsi nəticəsində dəniz suyunun səviyyəsi yüksəlir:

“Amma Volqa çayının Xəzərə axını nə qədər azalıb ki, yayda dəniz səviyyəsində nisbətən artım olsa da, yenə də enmə baş verir. Xəzərdə buxarlanma da buna öz təsirini göstərir. Buxarlanma enmə üçün ən əsas faktorlardandır. Çünki dənizə buxarlanmanın yerini tuta biləcək qədər su daxil olmur. Buna görə də səviyyə düşməyə başlayır”.

Xatırladaq ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) səviyyə 2,5 metr artıb, sonrakı illərdə isə yenidən azalma müşahidə olunmağa başlayıb.

Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir.

BakuCity.az

Xəzər dənizi suyun səviyyəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...
Cəmiyyət
Körpənin meyiti ekspertizaya təhvil verilib Sumqayıtda zibil qabından meyit tapılıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
"Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb" Zərdab rayonunda Çallı kəndinin bir qrup sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib: "Siz deyirsiniz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanla...
Cəmiyyət
Qutu iki yerdən möhürlənəcək "Azəriqaz" İstehsalat Birliyi yeni şəffaf sayğac qutuları təqdim edir. BakuCity.az-ın məlumatına görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə, xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Abonentlə Birlik arasındakı yersiz mübahisələrə, ittihamlara əsas qalmayacaq. Qutu ayrılıqda iki yerdən möhürlənəcək. Dövlət yoxlanışı zamanı sa...
Cəmiyyət
Zaur Əliyev mümkün məbləğləri açıqladı Bu yaxınlarda tibb işçilərinin maaşları ciddi şəkildə artacaq. BakuCity.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Real TV-yə bildirib. O, nəzərdə tutulan artımı icbari tibbi sığortanın tətbiqi ilə əsaslandırıb. BakuCity.az
Hadisələr
Maqnitudası 3.3 olub Bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə, Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Bu barədə BakuCity.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Maqnitudası 3.3 olan zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. BakuCity.az