Bakıda vacib iclas: Milli Məclis buraxılır?

Bakıda vacib iclas: Milli Məclis buraxılır?

Sabah isə məsələ qaldırılacaq

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasında gözlənilməz qərar qəbul edilib.

BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.

BakuCity.az

Milli Məclis YAP
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər