Universitetlər Bakıdan köçürülür? - Baş Planın detalları

4 prioritet istiqamət seçilib

2020-ci ilin sonunda Bakının Baş Planı ilə bağlı təkliflər hökumətə təqdim olunacaq. Təkliflər içərisində sərnişindaşımada çoxmodallı nəqliyyat vasitələrindən istifadə olunması, metronun konseptual inkişaf sxeminin yenilənməsi, şəhər iqtisadiyyatının yenidən qurulması və başqa məsələlər yer alır.

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, çoxmodallı nəqliyyat vasitələri dedikdə paytaxt küçələrində yenidən tramvay və trolleybuslardan istifadə nəzərdə tutulur. Bakının Baş Planında metronun konseptual inkişaf sxeminin təkmilləşdirilməsi də təklif olunur.

Ümumilikdə isə şəhərin ərazi inkişaf planlarının müəyyən edilməsi, şəhərdə post-sənaye iqtisadiyyatının sağlam təməlinin qoyulması, şəhərin yeni biznes və sənaye sahələrinin inkişafı üçün əlverişli məkana çevrilməsi 2020-2040-cı illər üçün hazırlanan Baş Planın əsas hədəfləridir.

Baş Plan 4 prioritet istiqamətə istinad edəcək:

1. Mütəşəkkil çoxmərkəzli şəhər

- Çoxnövlü hərəkətlilik, əlçatan infrastruktur və ağıllı şəhər həlləri.

2. Dayanıqlı şəhər mühiti

- bərpa edilmiş torpaqlar, su hövzələri və sahilyanı ərazilər

- dayanıqlı enerji həlləri

3. Qorunan ənənələr və tarixi irs

- Mühafizə olunan nadir tarixi-memarlıq abidələri

- çiçəklənən mədəni mühit

4. Yeni şəhər iqtisadiyyatı

- yeni bizneslər üçün əlverişli məkan həlləri

- geniş və cəzbedici turizm infrastrukturu

Plana əsasən, yollarda ilk növbədə piyadaların hərəkəti nəzərə alınacaq. Bundan sonra velosiped sürənlərin və ictimai nəqliyyatın hərəkətinə xüsusi diqqət yetiriləcək. Ənənəvi mərkəzlərdən başqa yeni şəhər mərkəzləri yaradılacaq. Baş Planın hazırlanmasında qalib gəlmiş şirkətin nümayəndələri ilə aidiyyəti qurumlar arasında məsləhətləşmələr, müzakirələr isə davam etdirilir.

Tərəfdaş şirkətin nümayəndəsi Yoaxim Şares Baş Planla bağlı bunları deyib: “Sanitar-kommunal məsələlərə, alternativ, təhlükəsiz enerji məsələlərinə xüsusi həssaslıqla yanaşılmalıdır və ən əsası ekoloji çirklənmənin qarşısının alınması diqqətdə saxlanılmalıdır. Bunun üçün bir neçə yerdə yaşıl zonalar yaradılacaq. Və oradan avtomobillərin istifadəsinə qadağa qoyulacaq”.

Belə yaşıl məkanlardan birinin Bulvar ərazisi ilə "28 May" metro stansiyası ətrafı ərazilərini birləşdirməsi təklif olunur. Ali təhsil ocaqlarının Xocahəsən gölünün ətrafına köçürülməsi də müzakirə edilir. 2020-ci ilin sonuna qədər isə müzakirələrin daha geniş auditoriyalarda, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə davam etdirilməsi planlaşdırılır.

BakuCity.az

Bakı universitet Baş Plan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...
Kriminal
Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib. BakuCity.az  xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb. Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsini...
Kriminal
Bakıda intihar hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nərimanov rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildi...
İdman
Bakıdakı Dünya Kubokunun keçiriləcəyi vaxt açıqlanıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib. BakuCity.az bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir. Belə ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Tokio-2020 Yay Oli...
Cəmiyyət
Azərbaycanda müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. R.Bayramlı deyib ki, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsi...
Cəmiyyət
Bakıda müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar tam dayandırılacaq. Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. "Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Na...
Hadisələr
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (apa) BakuCity.az
Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...