Türkiyənin məşhur "Paşa" Rəqs Teatrı Bakıda çıxış edəcək - FOTO + VİDEO

Türkiyənin məşhur "Paşa" Rəqs Teatrı Bakıda çıxış edəcək - FOTO + VİDEO

Bakı sakinləri sevgi və ölümsüzlük tarixinin bənzərsiz nağıl aləminə səfər edəcəklər

Türkiyənin populyar "Paşa" Rəqs Teatrı Bakıda tamaşaçıları keçmişin inanılmaz və füsunkar dünyasına səyahətə aparacaq tamaşa ilə çıxış edəcək.

Konsert 19 aprel saat 20:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.

Bu barədə BakuCity.az-a tədbirin təşkilatısı “33 EVENT Baku” şirkətindən məlumat verilib.

Rəqs fiqurlarının müasir üslubunda hazırlanan “Paşa Dans” şousu Osmanlı İmperiyasının bütün əzəmətlərini ortaya qoyan, tarixi quruluşda ilk sevgi mövzusunda gənc Paşanın hekayəsini canlandıracaq.

Layihə 3 ilə hazırlanıb. Bir ilə yaxın davam edən məşqlərdən sonra 2015-ci ildə rəngarəng şounun çoxdan gözlənilən premyerası gerçəkləşib.

Teatrda 2000-ə yaxın möhtəşəm geyim və vizual effektlər, həmçinin 25 bölgənin motivləri var.

Tədbirin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

BakuCity.az

Bakı Türkiyə rəqs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər