Bakıda limonad alarkən diqqətli olun - FOTO

Sənədləri də qaydasında deyil

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları daxil olan şikayət əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şosesində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Şamil Əbdülrəhim oğluna məxsus limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, eləcə də istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, burada istehsal məqsədilə istifadə edilən su filtrləri mütəmadi olaraq təmizlənmir və dövri laborator müayinədən keçirilmir.

Beləliklə, müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, içkilərin istehsalı zamanı istifadə olunan aromatların açıq vəziyyətdə istismar üçün yararsız olan qablarda saxlanıldığı, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəraitdə yuyulduğu aşkarlanıb.

Bundan əlavə, sexdə etiketlənməmiş və üzərində istehsal tarixi göstərilməyən limonad məhsulları, qablaşdırmada istifadə olunan plastik butulka və qapaqların steril olunmadığı, təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı aşkar edilib.

İstehsal olunmuş alkoqolsuz içkilərdən müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

BakuCity.az

Bakı sex limonad
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub. Tədbirdə Min...
Cəmiyyət
1500-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reall...
Cəmiyyət
Qurum təqsirli bilinib Bakı Apellyasiya Məhkəməsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati qaydada cərimə edilməsi barərə qərardan verdiyi şikayətə baxılıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq" ASC barədə inzibati protok...
Mədəniyyət
Ünvanlar ayrı olsa da, qiymətlər, demək olar, eynidir Uşaqlarınızın peşəkar rəqslə məşğul olmasını, baxımlı rəqs etməsini istəsəniz də, məktəb seçimində çətinlik çəkirsiniz? BakuCity.az paytaxtda fəaliyyət göstərən və milli rəqslərimizlə yanaşı, bir çox dünya xalqlarının rəqslərini tədris edən məktəblər barədə məlumat toplayıb. “Graciya Dance Group”da milli və digər xalqların rəqsləri – ləzginka, avar, özbək, hind, gürcü və s. tədris olunur. Dərslər həftə...
Siyasət
Sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov iclasda bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videogörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi...
Cəmiyyət
500 kv.m əraziyə baxış keçirilib Ağstafa rayonunda raket aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a bildirilib ki, fevralın 19-u saat 09:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbə...
Cəmiyyət
Zavodun dəyəri 14 mln manatdır “Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Report”a deyib. Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zaman...
Cəmiyyət
Hədəfi qadın satıcılar olub Bakıda mağazalara dələduz dadanıb və yeni üsulla satıcıları aldadaraq pul alır. BakuCity.az-ın məlumatına görə, bu barədə mağaza sahibi Orxan Məmmədov Baku.ws-ə bildirib. Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 22 ünvanında yerləşən hədiyyələr mağazasında qeydə alınıb. Mağazaya daxil olan şəxs satıcı qıza yaxınlaşıb. O bildirib ki, həmin şəxs müdirin tanışıdır və qonşu dükanda işləyir. Müştəriyə 50 manata...
Cəmiyyət
Yeni yaradılacaq brendin loqosu müzakirə olunur 2019-cu ildə Naftalana 40 minə yaxın yerli və xarici turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Dünya şöhrətli Naftalanın turizm inkişaf planının icrasına start verilməsi bu şəhəri sağlam həyat sürmək istəyənlər üçün mərkəzə çevirəcək. BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan nefti fiziki və kimyəvi tərkiblərinə görə...