Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin başçıları Belarus nümayəndəsi Stanislav qurumun baş katibi vəzifəsinə təsdiqləyib.
BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, S.Zas 2020-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, hazırda KTMT-nin baş katibi vəzifəsini müvəqqəti olaraq Valeri Semerikov icra edir.
Xatırladaq ki, hərbçi, dövlət xadimi, Belarus Təhlükəsizlik Şurasının katibi, general-leytenant, hərb elmləri namizədi 55 yaşlı S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını fərqlənmə və qızıl medalla başa vurub.
BakuCity.az