Gülnarə Xəlilovanın kəlağayıdan ibarət geyim kolleksiyasının təqdimatı - FOTO

“İpək Sərvət” geyim kolleksiyasının möhtəşəm təqdimatı

Bakıda Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq tanınmış dizayner-modelyer Gülnarə Xəlilovanın  kəlağayıdan təşkil edilmiş “İpək Sərvət” üst geyim eksklüziv kolleksiyasının təqdimatı baş tutub.  

BakuCity.az-ın məlumatına görə, layihə “Azerbaijan Kelagayi” milli brendi ilə birlikdə həyata keçirilib və 26 noyabr 2014-cü il tarixli əlamətdar hadisəyə həsr olunub. Belə ki, ənənəvi sənət və rəmz olan kəlağayı, onun hazırlanması və geyinilməsi beş il əvvəl Azərbaycan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Təqdimat qonaqlar, ictimai xadimlər, mədəniyyət və elm, habelə dəb sənayesi və KİV nümayəndələri arasında böyük maraq doğurub. 

Moda Evi və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və “Azerbaijan Kelagayi”nın qurucusu, “İçərişəhər” Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova gecənin açılışında qonaqları salamlayıblar və qeyd ediblər ki, dövlət milli irsin qorunması və təbliğatına xüsusi diqqət və qayğı göstərir, layihə də bu məqsədə xidmət edir. 

Kəlağayı Azərbaycanın milli qadın baş örtüyüdür. O, yerli istehsal olan bükülməmiş saplardan hazırlanan ipək şaldır və ənənəvi üsulla üzərinə mum vasitəsilə basma naxışlar vurulur. Qeyd edilib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının həyatının ayrılmaz tərkib hissəsi olub və hazırda onun ölkədə geyinilməsi əsl trendə çevrilib. Hələ 5-6-cı əsrlərdə Mingəçevirdə qızıl tikişli izləri olan ipək yaylıqlar- kəlağayının prototipini geyiniblər. Azərbaycan XVII əsrdə Yaxın Şərqin ipək qurdu bölgəsi olub, Şamaxı, Gəncə,  Şəki və Şuşa ən mühüm mərkəzlər sayılıb. İtalyan səyahətçi Marko Polo hələ 13-cü əsrdə Azərbaycanda ipək yaylıqların gözəlliyini vurğulayıb. Psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyovanın rolu qeyd olunub, onun sayəsində kəlağayı sənəti on illərlə öncə Basqalda dirçəlib və hazırda ənənəvi istehsalın mərkəzidir. 

Yeri gəlmişkən bir çox qonaq tədbirə məhz kəlağayıda gəlmişdi. Üstəlik dəfilədə modellər qismində media simaları və ulduzlar - xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, əməkdar mədəniyyət işçisi, teleaparıcı Leyla Quliyeva, teleaparıcılar Vüsalə Səid, Pərvin Əsgərli, Samirə Rəhimova, Turanə Hüseynli, tele-radioaparıcı Nurlana Cəfərova, telejurnalist Günay Malikqızı, rəqqasə Fatimə, şairə Nərminə Məmmədzadə, dizaynerlər Vəfa İsazadə və Səbinə Zulalova, stilist-vizajist Səbinə İmanova, rəssam Milena Nəbiyeva, aparıcı Arzu Vaqifqızı, müğənni və aktrisa Dilarə Terequlova, “biznes-ledi” və hüquqşünas Lamiyə Bayramova, həkim Aygün Ay iştirak ediblər. Nümayişi Gülnarə Xəlilovanın özü yekunlaşdırıb. Təqdimat tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb və Tünzalə Ağayeva, Samirə Allahverdi, Fatimə Fətəliyeva və xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun muğam triosunun iştirakı ilə konsert proqramı ilə davam edib. Sonda bayram tortu kəsilib.

BakuCity.az

Bakı kəlağayı geyim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...
Kriminal
Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib. BakuCity.az  xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb. Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsini...
Kriminal
Bakıda intihar hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nərimanov rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildi...
İdman
Bakıdakı Dünya Kubokunun keçiriləcəyi vaxt açıqlanıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib. BakuCity.az bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir. Belə ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Tokio-2020 Yay Oli...
Cəmiyyət
Azərbaycanda müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. R.Bayramlı deyib ki, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsi...
Cəmiyyət
Bakıda müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar tam dayandırılacaq. Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. "Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Na...
Hadisələr
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (apa) BakuCity.az
Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...