Qadın hadisə yerindəcə ölüb
Binəqədi rayon Prokurorluğundan BakuCity.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu, 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. Sonuncu aldığı bıçaq zərbələri nəticəsində ölüb.
Hadisəni törədən S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
09:19
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.
Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.