Sonuncu dəfə Yevlaxda görüblər
Bakıda yaşayan gənc qız iki aydır axtarışdadır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan BakuCity.az-a verilən məlumata görə, Yevlax rayonunda anadan olan 1994-cü il təvəllüdlü Həsrət Cəbrayılova sentyabrın 21-də yaşadığı Binəqədi rayonu, Motodrom ərazisində yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində tünd yaşıl rəngli uzunqol köynək, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olub. H.Cəbrayılova sonuncu dəfə Yevlax rayonu ərazisində görülüb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Yevlax rayon Polis Şöbəsinə 022-336-45-02 və (050) 397-90-70 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.