Bakıda uşaq bağçalarında nöqsanlar aşkarlandı - FOTO

Bakıda uşaq bağçalarında nöqsanlar aşkarlandı - FOTO

Bəzi bağçalarda qüsurlar aşkarlanıb

Artıq iki aydan çoxdur ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.

BŞİH-dən BakuCity.az-a verilən məlumata görə, qeyd edilən məsələ ilə bağlı qurumda geniş tərkibli seminar-müşavirə keçirilib.

Müşavirədə uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.

Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyənləşdirilsə də, bəzi bağçalarda müəyyən nöqsanlar da aşkarlanıb.

Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və  tibb işçiləri tərəfindən ətraflı izahat verilib.

Toplantıda aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.

Müşavirədə, həmçinin bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib. Bildirilib ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

BakuCity.az

Bakı bağça
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər