Biləcəridə yağdan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Biləcəridə yağdan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Qızların müalicəsi davam edir

Təcili tibbi yardıma saat 22:27-də Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat daxil olub.

Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, ünvana gələn təcili tibbi yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə KTM-ə çatdırılıblar. Xəstəxanadan zəhərlənənlərin istifadə müddəti bitmiş yağ yedikləri bildirilib. Hazırda müalicələri davam edir.

Həmçinin oxu: Bakıda faciə: daha bir tələbə zəhərlənib öldü - FOTO

2 saylı uşaq xəstəxanasından verilən məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

BakuCity.az

Bakı zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər