Bakıda uşaq bağçalarına qəbulla bağlı YENİ QAYDA

Bakıda uşaq bağçalarına qəbulla bağlı YENİ QAYDA

Artıq paytaxtın bir rayonu üzrə uşaq bağçalarına elektron qəbul başlayır

Gələn ildən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək.

Həmçinin oxu: Bakıda uşaq bağçalarında nöqsanlar aşkarlandı - FOTO

Qeyd olunub ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

BakuCity.az

Bakı bağça
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər