Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR

Bu şərtləri diqqətlə oxumalısınız

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər kirayə mənzillərin alınması üçün aşağıdakı mərhələləri keçməlidir. 

Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin ALINMA MƏRHƏLƏLƏRİ

1. Kirayə üçün müraciət – Yaşayış sahəsinin verilməsi üçün yaşayış sahəsi almaq istəyən şəxsin kirayə müqaviləsinin bağlanılması məqsədilə müraciəti, habelə ərizəçinin ailə üzvlərinin müraciəti yalnız "ASAN Xidmət" mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (elektron sistem) yaradılan elektron kabinetdə müvafiq ərizə-anket formasının doldurulması vasitəsilə edilir. Müraciətlər real vaxt rejimində elektron sistemdə qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

2. Müraciətə baxılma - müraciətlərə baxılma aşağıdakı mərhələlərin ardıcıllığı ilə həyata keçirilir:

1) İlkin qiymətləndirmə - ilkin qiymətləndirmə elektron sistem vasitəsilə əldə edilən məlumatlar əsasında elektron qaydada həyata keçirilir. İlkin qiymətləndirmə zamanı ərizəçinin aşağıdakı tələblərə uyğunluğu yoxlanılır:

• ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;

• ərizəçinin məhkumluğunun olmaması;

• müraciət anına ərizəçinin vaxtı keçmiş öhdəliklərinin olmaması;

• müraciət anına ərizəçinin yaşının 60 yaşdan yuxarı olmaması;

• müraciət anına ərizəçinin Fondla aktiv kirayə münasibətlərində olmaması.

2) Kredit tarixçəsinin təhlili - kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin maliyyə intizamı qiymətləndirilir. Təhlilin nəticəsinə əsasən ərizəçinin kredit tarixçəsi “müsbət”, “qənaətbəxş” və ya “mənfi” olaraq qiymətləndirilir:

Aşağıdakı tələblərin hər birinə riayət olunduğu halda, kredit tarixçəsi “müsbət” olaraq qiymətləndirilir:

• ərizəçinin kredit tarixçəsinin müddəti ən azı 12 ay olduqda;

• ərizəçinin son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda;

• ərizəçinin bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda.

Aşağıdakı hallarda kredit tarixçəsi “qənaətbəxş” olaraq qiymətləndirilir:

• ərizəçi kredit tarixçəsinə malik olmadıqda;

• “müsbət” və ya “mənfi” kredit tarixçəsinə aid olmayan hallarda.

Ərizəçinin son 12 ay ərzində 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda, kredit tarixçəsi “mənfi” olaraq qiymətləndirilir.

3) Gəlirlərin təhlili - ərizəçinin gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair gəlirlər aid ola bilər. Ərizəçinin gəlirləri elektron sistem vasitəsilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

4) Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi - ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı xərclər çıxılır:

a. ölkə üzrə yaşayış minimumu məbləği nəzərə alınmaqla ərizəçinin və onun ailə üzvlərinin saxlanması üçün xərclər;

b. ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləridə yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq ərizəçinin xalis orta aylıq gəliri (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı qaydada müəyyən edilir:

kredit tarixçəsi “müsbət” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – orta aylıq gəlirindən yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla;

ərizəçi evli olduqda – orta aylıq gəlirindən yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – orta aylıq gəlirindən yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla;

ərizəçi evli olduqda – orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 50 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı kimi müəyyən edilir:

kredit tarixçəsi “müsbət” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 50 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 70 faizi.

kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 40 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 80 faizi.

kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 30 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 70 faizi.

Misal: Ərizəçinin orta aylıq gəliri 1200 Azərbaycan manatı (AZN) təşkil etdiyi, subay olduğu, 100 AZN məbləğində kredit xətti üzrə aylıq ödənişi olduğu və kredit tarixçəsi “müsbət” qiymətləndirildiyi təqdirdə, onun orta aylıq gəlirindən (1200 AZN) yaşayış minimumu məbləğinin 100 faizi (180 AZN) və kredit xətti üzrə icra olunmamış öhdəliyi (100 AZN) çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri (1200 -180-100=920 AZN) müəyyən olunur. Ərizəçinin kredit tarixçəsi “müsbət” qiymətləndirildiyi və subay olması səbəbindən onun 920 AZN məbləğində müəyyən edilmiş xalis orta aylıq gəlirinin 50 faizi götürülməklə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği 460 AZN təşkil edəcək.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin və ya gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün ən yaşlısının müraciət anına yaşının cəmi 63 ildən çox olmasın.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi nəticəsində ərizəçiyə kirayə müqaviləsinin bağlanmasına razılıq verilməsi və ya bağlanmasından imtina olunması barədə son qərar verilir.

Kirayə üçün yaşayış sahəsinin seçilməsi - razılıq barədə qərar ərizəçinin elektron kabinetində yerləşdirildiyi gün ərizəçi elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçmək hüququ əldə edir. Elektron sistemdə ərizəçiyə yalnız razılıq barədə qərarda göstərilən kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinə uyğun yaşayış sahələri seçim üçün təklif olunur. Ərizəçi elektron sistemdə 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi və qüvvəyə minməsi - bu mərhələdə zəruri sənədlər toplanılır, kirayə müqaviləsi Fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Ərizəçi kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödədikdə kirayəçi statusunu qazanır və kirayə müqaviləsi qüvvəyə minir.

Kirayə yaşayış sahəsinin təhvil verilməsi - yaşayış sahəsi kirayə müqaviləsi qüvvəyə mindiyi andan 3 iş günü müddətində Fond tərəfindən kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verilir.

Kirayə müqaviləsi üzrə öhdəliklərin icrası - kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün ediləcək müraciətə ilkin tələblər:

1) ASAN xidmət mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imza sertifikatı

2) Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı ilə yaradılan elektron kabinet

3) Elektron İpoteka və Kredit Zəmanət Sistemində yaradılmış elektron kabinet sistemi ilə elektron ərizə-anket formasının doldurulması

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün edilmiş müraciətə müsbət cavab gələndən sonra Fondun məsul əməkdaşları ilə görüş zamanı tələb olunan sənədlər:

1) kirayəçinin şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri)

2) gəlirlərini təsdiq edən sənədlər (əgər kirayəçinin əlavə gəlirləri kimi ailə üzvü də müraciət edirsə, onun gəlirlərini də təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti)

Kirayəçi fərdi sahibkar olduqda:

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

• Kirayə müqaviləsinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

Kirayə müqaviləsinin əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.

KİRAYƏ MƏNZİLİN VERİLMƏ ŞƏRTLƏRİ

Minimal müddət - 3 il

Maksimal müddət - 25 il

Yaşa görə maksimal müddət - Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalı

Qabaqcadan ödəniş - Aylıq ödənişin ən azı 12 misli

Ödəniş valyutası - Azərbaycan manatı

Ödəniş qaydası - Aylıq bərabər hissələrlə

Subkirayə - Fondla razılaşdırmaqla

Kirayə hüquqlarının ötürülməsi - 3 ildən sonra Fondla razılaşdırmaqla

Vaxtından əvvəl tam ödəniş - 3 ildən tez olmayaraq

Kirayə mənzil alacaq şəxslər:

Azərbaycan Respublikasının vətəndaşı olmalı

Məhkumluğu olmamalı

Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı

Müraciət anına yaş 60-dan yuxarı olmamalı

Müraciət anına Fondla aktiv kirayə münasibətləri olmamalı

Daha ətraflı məlumat almaq istəyənlər 1549 nömrəsinə zəng edə bilərlər.

BakuCity.az

Bakı mənzil kirayə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
688 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib. “AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərq...
Cəmiyyət
"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür" Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.  Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər...
Cəmiyyət
"Özləri uşaqları bu cür ediblər" Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər. X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını q...
Hadisələr
Avtobusun şüşəni təpiklə sındırıb Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübah...
Siyasət
Dövlət başçıları təkbətək görüşüblər Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordan...
Cəmiyyət
Bu köşklər şəhər küçələrindən yığışdırılacaq? Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur.  BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət h...
Hakimiyyət
Polkovnik Hikmət Abbasov rəis təyin edilib Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarılan general 06.04.1968-ci ildə N...
Cəmiyyət
Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür" Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək. Alman mühəndisin fikri 1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və p...
Cəmiyyət
Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı? Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb. BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli...