Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO

Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO

Filmin surdo-tərcümə versiyası disk formasında da veriləcək

“Nəsimi” bədii filminin  eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdo-tərcümə versiyasının təqdimatı tədbiri (Park Cinema Flame Towers) keçirilib.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər.

Qurumun Aparat rəhbəri Hidayət Abdullayev şitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatdırıldığını deyib.

O bildirib ki, qanunvericliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Yəni televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır. 

Aparat rəhbəri vurğulayıb ki, “Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının hazırlanması Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə bir töhfə məqsədi daşıyır.

Daha sonra “Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib.

Qeyd edək ki, filmin surdo-tərcümə versiyası nazirliyin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Filmin surdo-tərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə təqdim olunacaq.

Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-1 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-2 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-3 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-4 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-5 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-6 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-7 Bakıda eşitmə və nitq qabiliyyəti olmayanlar üçün “Nəsimi” filmi - FOTO, fotoşəkil-8

BakuCity.az

Bakı Nəsimi film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər