Bakıda özünüzü qəhrəman hesab edəcəyiniz peyntbol klubları – QİYMƏTLƏR

Bakıda özünüzü qəhrəman hesab edəcəyiniz peyntbol klubları – QİYMƏTLƏR

Paytaxtdakı peyntbol klubları: yeni başlayanlar üçün tövsiyələr

Peyntbol çoxdandır ki bütün dünyada populyarlıq qazanıb. Bu idman-əyləncədə insanlar özlərini döyüş filminin qəhrəmanı, əsl hərbçi kimi hiss etmək fürsəti qazanırlar. Bundan əlavə, bu oyun stresdən azad olmağa kömək edir.

BakuCity.az bu mövzuda hələ məlumatı olmayanlar üçün paytaxtın peyntbol klubları və onların qiymətləri barədə araşdırmanı təqdim edir.

Bir qədər məlumat əldə edək

Bu əyləncə növünün uzun müddətdir mövcud olmasına baxmayaraq, hələ də bəzi nüanslarını bilməyən insanlar var. "Ulduz" peyntbol klubunun meneceri Elşad Abbasov saytımıza açıqlamasında oyun barədə danışıb:

Bakıda özünüzü qəhrəman hesab edəcəyiniz peyntbol klubları – QİYMƏTLƏR, fotoşəkil-1

“Peyntbol Bakı sakinləri arasında çox populyardır. Düşünürəm ki, hərbi mövzuda olan bu komanda oyunu olduqca dinamikdir. Uşaqlar 13 yaşından etibarən peyntbol oynaya bilərlər”. 

E.Abbasovun sözlərinə görə, belə klublar müştəriləri lazımi formada tam təmin edir:

“Xüsusi bilərziklər, forma, qoruyucu maskalar, dəbilqə, silah, eləcə də atış üçün toplar veririk. Bütün bunlar müştərilərin özləri ilə gətirdiyi dəyişək ayaqqabı istisna olmaqla klubumuzda pulsuz verilir”. 

Menecer bu ekstremal oyunun qaydalarından da bəhs edib:

“Oyunçular bir-birinə qarşı mübarizə aparmaq üçün iki komandaya bölünməlidirlər. Bu, döyüşün əyləncəli versiyasıdır. Uşaqlıqda belə oyunları böyük məmnuniyyətlə oynadığımızı, özümüzü aktyor və ya müharibə filmlərinin qəhrəmanları hesab etdiyimizi xatırlayırıq. Bəlkə də buna görə insanların bu oyuna belə marağı var. Oyunlarda boya topundan (içərisində suda həll olunan boya olan jelatin qabığı) istifadə olunaraq atəş edilir. Qaydalar fərqli ola bilər: bəzi hallarda "rəngarəng" güllə ilə vurulan adam uduzur, bəzən isə düşmən əsgəri və ya pankartı ələ keçə bilər. Sonda xallar yığılır, ən çox xal toplamış komanda qalib olur".

Ümumiyyətlə, bu oyunun bir çox ssenarisi var. Fərq qaydalarda, məkanda, komandadakı oyunçuların sayında ola bilər.

Bu klubda oyunun iştirakçısı olmaq üçün adambaşına 10 manat ödəniş edilir. Müştərilər əlavə vaxt istəyirlərsə, əlavə pul ödəmək lazımdır (50 güllə - 5 manat, 100 güllə - 10 manat). Oyunçular çaya da qonaq edilir və oyundan sonra pulsuz fotosessiya təqdim olunur. 

Tam döyüş ab-havasına köklənmə

Əsl döyüş vəziyyəti yaratmaq üçün paytaxt klubları öz meydançalarını hazırlayırlar. İstənilən köhnə fabriklərdə, yaşayış olmayan binalarda, tikinti ərazilərində, açıq və geniş sahələrdə, meşədə də oynamaq mümkündür. Bu vəziyyətdə hər cür sığınacaq və sipər quraşdırılıb.

Bakıda özünüzü qəhrəman hesab edəcəyiniz peyntbol klubları – QİYMƏTLƏR, fotoşəkil-2

Counter Strike Paintball Center

Bu klubda da 100 güllə qonaqlara 10 manata başa gələcək. Oyunda minimum 6, maksimum 60 nəfər iştirak edə bilər. Ayaqqabı istisna olmaqla, bütün geyim və avadanlıqlar pulsuz verilir.

Bu klub da müştərilərə pulsuz fotosessiya təqdim edir. Döyüşlər arasında mərkəzin hesabına verilən ətirli çaydan zövq alacaqsınız.

Peyntbol klubu Luna Parkın arxasında, Nobel prospektində yerləşir. 

3 Mərtəbə Paintball

Bakı Elektrik Zavodunun yanında yerləşən bu məkanda çay, fotoçəkiliş və hər cür avadanlıq pulsuzdur. 

Qiymətlər eynidir - 100 güllə üçün 10 manat. 

Baku Paintball Center

Klub Davud Osman küçəsindəki köhnə bir ət kombinatında yerləşir. Burada döyüş üçün ab-hava əladır.

Müştərilər özləri ilə yalnız dəyişək ayaqqabı gətirməklə, 100 top, üstəgəl forma da daxil olmaqla 10 manat ödəyəcəklər. 

Züleyxa İsmayılova

BakuCity.az

Bakı peyntbol klublar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər