Rusiyanın ballistik raketi Bakı səmasında göründü - VİDEO

Rusiyanın ballistik raketi Bakı səmasında göründü - VİDEO

Raket təyin olunmuş hədəfə çatıb

Dünən Bakının üzərindən uçan naməlum obyektin balistik raket olduğu deyilir.

BakuCity.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Bakının üzərindən böyük işıq halında havadan uçan naməlum obyekt hər kəsin təəccübünə səbəb olub.

Sosial şəbəkələrdə sözügedən obyektin Rusiyanın qitələrarası "Topol-M" ballistik raketi olduğu deyilir.

"Тopol-M" (NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir.

Qeyd edək ki, dünən Rusiya ölkənin şimalındakı “Plesetsk” kosmodromundan Uzaq Şərqdəki Kamçatkada “Topol-M” qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, “Topol-M” stasionar (şaxta əsaslı) qitələrarası ballistik raketinin sınaqları uğurla həyata keçirilib və raket təyin olunmuş hədəfə çatıb.

BakuCity.az

Bakı raket Rusiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər