Bakıda 12 metrlik avtobuslar sabahdan istifadəyə verilir - FOTO

Gediş haqqı kartla ödəniləcək

Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların bir qismi ilk olaraq 30.11.2019-cu il tarixindən 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək.

Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti 28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub.

Həmçinin oxu: Bakıya gətirilən 300 yeni avtobusun aqibəti necə oldu?

Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədilə qəsəbə ərazisində terminallar quraşdırılıb.

BakuCity.az

Bakı avtobus sərnişin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub. Tədbirdə Min...
Cəmiyyət
1500-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reall...
Cəmiyyət
Qurum təqsirli bilinib Bakı Apellyasiya Məhkəməsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati qaydada cərimə edilməsi barərə qərardan verdiyi şikayətə baxılıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq" ASC barədə inzibati protok...
Mədəniyyət
Ünvanlar ayrı olsa da, qiymətlər, demək olar, eynidir Uşaqlarınızın peşəkar rəqslə məşğul olmasını, baxımlı rəqs etməsini istəsəniz də, məktəb seçimində çətinlik çəkirsiniz? BakuCity.az paytaxtda fəaliyyət göstərən və milli rəqslərimizlə yanaşı, bir çox dünya xalqlarının rəqslərini tədris edən məktəblər barədə məlumat toplayıb. “Graciya Dance Group”da milli və digər xalqların rəqsləri – ləzginka, avar, özbək, hind, gürcü və s. tədris olunur. Dərslər həftə...
Siyasət
Sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov iclasda bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videogörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi...
Cəmiyyət
500 kv.m əraziyə baxış keçirilib Ağstafa rayonunda raket aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a bildirilib ki, fevralın 19-u saat 09:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbə...
Cəmiyyət
Zavodun dəyəri 14 mln manatdır “Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Report”a deyib. Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zaman...
Cəmiyyət
Hədəfi qadın satıcılar olub Bakıda mağazalara dələduz dadanıb və yeni üsulla satıcıları aldadaraq pul alır. BakuCity.az-ın məlumatına görə, bu barədə mağaza sahibi Orxan Məmmədov Baku.ws-ə bildirib. Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 22 ünvanında yerləşən hədiyyələr mağazasında qeydə alınıb. Mağazaya daxil olan şəxs satıcı qıza yaxınlaşıb. O bildirib ki, həmin şəxs müdirin tanışıdır və qonşu dükanda işləyir. Müştəriyə 50 manata...
Cəmiyyət
Yeni yaradılacaq brendin loqosu müzakirə olunur 2019-cu ildə Naftalana 40 minə yaxın yerli və xarici turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Dünya şöhrətli Naftalanın turizm inkişaf planının icrasına start verilməsi bu şəhəri sağlam həyat sürmək istəyənlər üçün mərkəzə çevirəcək. BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan nefti fiziki və kimyəvi tərkiblərinə görə...