Yaşlı kişinin başına zərbələr endirib
Bakıda döyülmə faktı baş verib.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Həsənov Mübariz Məhəmməd oğlu içkili olduğu üçün şirkətlərin birindən onu yaşadığı ünvana aparması üçün “ayıq sürücü” xidmətindən istifadə edib.
Lakin “Mercedes” markalı avtomobildə hərəkətdə olarkən sürücü ilə avtomobil sahibi arasında mübahisə düşüb.
Daha sonra mübahisə davaya çevrilib. Sürücü 60 yaşlı kişinin baş nahiyəsinə zərbələr endirib.
Həmçinin oxu: Bakıda yolu bağlayıb qıza hücum edənləri döydülər - VİDEO
Nəticədə ağır xəsarət alan H.Mübariz təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.
Yaralının ailə üzvləri bildirib ki, ayıq sürücü H.Mübarizi döyməklə kifayətlənməyib. Belə ki, o, avtomobilin şüşələrini sındırıb və ahıl kişiyə bıçaqla hücum edib. Lakin ətrafdakılar onun qarşısını kəsiblər.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.az