İclasın gündəliyinə bir məsələ daxildir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
BakuCity.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxildir.
Belə ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciəti müzakirə olunacaq.
Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclasında qəbul edilən qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
BakuCity.az