Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Nəzarət gücləndirilib

Bakı Nəqliyyat Agentliyi bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

BakuCity.az-ın məlumatına görə, sərnişinlərdən xahiş edilir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmək xahiş olunur.

BakuCity.az

Bakı sürücülər hava şəraiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər