Bakı Tanqo Festivalı gələn il də keçiriləcək - FOTO

Tanqo Bakıda da populyarlaşacaq

Noyabrın 30-da Nizami Kino Mərkəzində Argentina səfirliyinin təşəbbüsü ilə “Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəndə qala gecəsi keçirilib.

BakuCity.az xəbər verir ki, gecədə xüsusi qonaq qismində tanınmış rəqqaslar, 2019-cu il tanqo rəqsi üzrə dünya və Avropa çempionları Aqustina Pyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Naryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) çıxış ediblər.

Tanqoçular sərgilədikləri performans və rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran ediblər.

Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella çıxışında festivalın təşkilatçılarına, xüsusilə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, qeyd edib ki, Bakıda olan 4 tanqo məktəbinin nümayəndələri də gecədə iştirak edirlər və onların təqdimatında ustad dərsləri, milonqalar festivala xüsusi özəllik qatacaq.

"United Cultures" şirkətinin icraçı direktoru Paola Kasaqrande isə çıxışında festivalın keçirilməsi təşəbbüsünün Argentina səfirliyindən gəldiyini bildirib. O, həmçinin bu festivalın möhtəşəm keçəcəyinə inandığını və artıq Beynəlxalq Bakı Tanqo Festivalı - 2020 haqqında da düşündüklərini bildirib. Onun sözlərinə görə, bu cür festivallar tanqonun Bakıda da populyarlaşmasına səbəb olacaq.

Qala gecədə ehtiraslı tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Huqo Vilyena ifa ediblər.

Argentinanın Azərbaycandakı səfirliyi və "United Cultures"in "The Landmark Baku", "Bakı Metropoliteni" QSC, Nizami Kino Mərkəzi və "Nizami Restaurant & Lounge"-ın təşkilatçılığı və Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "NESS Company", "IN Tango Baku", "Tango On", "El Club de Tango", "Badi Kuba" və "R&N-project Dance School in Baku", "Macrobiosis Tango School"un dəstəyi iləkeçirilən festivaldekabrın 1-dəkdavamedib.

Beynəlxalq Bakı Tanqo Festivalının informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı Tanqo festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
13 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Yola qum-duz qarışığı səpilib Gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, şaxtalı hava səbəbindən yolun bir hissəsi buz bağlayıb. Yolda qalan sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əməkdaşları yetişib. Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası cəlb olunub. Yola qum-duz qarışığı səpilib və avtomobillərin...
Hadisələr
5 avtomobil toqquşub Bakı-Quba yolunda zəncirvari qəza baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə ç...
Cəmiyyət
Şəxsi avtomobillərdən az istifadə tövsiyə olunur Yanvarın 20-si səhər saat 08:00-dan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, məqsəd Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq Mikayıl Müşfiq küçəsi və Hüseyn C...
Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Kriminal
8 aydır heroin satır Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.   BakuCity.az “Report”a istinadənn məlumat verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.  Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, or...
Cəmiyyət
Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək 9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri he...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...