Qiqqz Bakıda oynayacaqları üçün sevinir

Qiqqz Bakıda oynayacaqları üçün sevinir

"Azərbaycan bizi ikinci ölkə kimi qəbul edə bilər"

Uels yığmasının baş məşqçisi Rayan Qiqqz Avropa çempionatının final mərhələsində Bakıda oynayacaqları ilə bağlı danışıb.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çalışdırıcı A qrupuna düşdükləri üçün sevindiyini bildirib.

Qiqqz Bakıya yenidən səfər etmələrinin onların leyhinə olacağını düşündüyünü bildirib:

“Bu yaxınlarda Bakıya səfər etmişdik. Bu çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq. Qrupda ilk iki oyunumuzu Bakıda keçirəcəyik. Bu səbəbdən orda qalıb bazaya və hava şəraitinə uyğunlaşmaq potensialına sahibik. Azərbaycanla oyun zamanı bazalarını yoxlamaq imkanımız oldu. Orda olduğumuz zaman hər şey möhtəşəm idi. Bakıdakı iki oyunda Azərbaycan bizi ikinci ölkə kimi qəbul edə bilər".

Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

BakuCity.az

bakı uels rayan qiqqz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər