Bakı və Bordonun qardaşlaşmasından 40 il ötür - FOTO

Bordo şərablarının təqdimatı da olub

Bu il Bakı ilə Fransanın Bordo şəhəri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur. Məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanmışdı.

Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, əlamətdar tarıxlə əlaqədar Fransanın Azərbaycandakı səfirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə Ağ Şəhərdə yerləşən Nobel qardaşlarının ev-muzeyində Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyinə həsr edilmiş tədbir keçirilıb.

Tədbirdə dövlət rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadımləri, tanınmış idmançılar, iş adamları iştirak ediblər.

Qonaqları salamlayan Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat verib, Azərbaycanla Fransa arasındakı münasibətlərin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Bakı və Bordonun çox fəal və cəlbedici şəhərlər olduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur. Hələ 1708-ci ildə Səfəvilərlə Fransa arasında diplomatik və ticarət müqavilələri bağlanıb. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi.

Bu gün Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Prezident İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər ediblər. Heydər Əliyev Fondu Fransa-Azərbaycan münasibətlərinin inkişafında önəmli işlər görüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) Azərbaycan dili fakültəsi açıldı. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb. Heydər Əliyev fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak edib. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Bir çox azərbaycanlı turistlər Fransaya, fransız turistlər Azərbaycana səfər edir.

40 il keçməsinə baxmayaraq Bordo ilə yaranmış əməkdaşlıq bu gün də sıx davam edir, şəhərləri bir çox sahələr bağlayır. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzidir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələri daha da genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunub.

Sonda Bordo şərablarının təqdimatı keçirilib.

Bakı Bordo
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...