Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO

Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO

Sürücü xəstəxanaya yerləşdirilib

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

34 yaşlı İsmayılova Fərqanə Sovet qızı yüksək sürətlə idarə etdiyi “Changan” markalı minik avtomobili ilə qəfil dönmə əməliyyatı edib. Bu zaman onun idarə etməsində olan nəqliyyat vasitəsi İraq səfirliyinin qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Sürücü F.İsmayılova xəsarət alaraq 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxu: Bakıda yüksək sürətlə gedən BMW məşhur hotelə çırpıldı - VİDEO

Qəza zamanı ziyan dəyən “Hyundai” markalı nəqliyyat vasitəsi İraq Respublikasının Azərbaycandakı səfirliyinin xidməti avtomobilidir.

Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO, fotoşəkil-1 Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO, fotoşəkil-2 Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO, fotoşəkil-3 Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO, fotoşəkil-4 Bakıda qadın sürücü avtomobilini səfirlik maşınının üstünə aşırdı - FOTO, fotoşəkil-5

BakuCity.az

bakı yol qəzası səfirlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər