Bakıda X Çağırış Kubokunun qalibləri müəyyənləşdi - FOTO

Qaliblər mükafatlandırıldı

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.

BakuCity.az xəbər verir ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilib, finala vəsiqə qazanan komandalar müəyyən edilib. Finala paytaxt Bakı ilə yanaşı, Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanıb.

Turnirin finalı 30 noyabr – 1 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar Çağırış Kuboku və Regionlar Kuboku uğrunda mübarizə aparıblar. Turnirin ilk günü "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşib.

Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazanıblar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz olub. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutub.

Çağırış Kubokunun yekunlarına görə 8 komanda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazanıblar. Bu turnirdə isə “Maqnat“ komandası qalib olub. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları olub.

Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar.

İnformasiya dəstəyi: BakuCity.az

BakuCity.az

Bakı intellektual oyun Çağırış Kuboku
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
36 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Şəxsi avtomobillərdən az istifadə tövsiyə olunur Yanvarın 20-si səhər saat 08:00-dan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, məqsəd Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq Mikayıl Müşfiq küçəsi və Hüseyn C...
Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Kriminal
8 aydır heroin satır Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.   BakuCity.az “Report”a istinadənn məlumat verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.  Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, or...
Cəmiyyət
Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək 9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri he...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...
Cəmiyyət
"Əməliyyat zamanı xəstənin çənəsindən tutub" Azərbaycan Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən BakuCity.az-a daxil olan açıqlamada bildirilir: “Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əmə...
Cəmiyyət
Alternativ yollar açıqlandı Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. BakuCity.az məlumat verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların raha...