Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR

Hansını seçmək lazımdır: dəniz kənarında istirahət, yoxsa qarlı, şaxtalı havada əylənmək?

Yeni il ən çox gözlənilən və ailəvi qeyd olunan bayramlardandır. Son illərdə paytaxt sakinləri bu bayramı qışda nağıllar aləminə bənzəyən, qarın çox olduğu və ya əksinə, soyuqdan qaçmaq məqsədilə dəniz sahilində yerləşən isti ölkələrdə keçirməyə çalışırlar. 

BakuCity.az Yeni il tətilində istirahət etmək məqsədilə bakılılar arasında populyar olan ölkələrin siyahısını hazırlayıb.

Mavi sahillərdə qış tətili

Əlbəttə ki, Yeni il tətillərində Bakını qar örtmür, buna baxmayaraq, çoxları isti və qızıl qumda uzanaraq Günəş vannası qəbul etmək və dincəlmək üçün qısamüddətli də olsa, yayı “qaytarmaq” arzusundadır. Qışda yay tətilinə üstünlük verənlər üçün “Tourgood Travel” Yeni ili Balidə qeyd etməyi təklif edir. Yanvar belə bir cənnətdə istirahət baxımından mükəmməl vaxt hesab olunur. Bu dövrdə, demək olar, yağış olmur və xüsusilə, turistlər üçün 31 dekabrda Yeni il şənliyi təşkil edilir.

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-1

İki nəfərlik səyahətə 4 ulduzlu “Suarti Boutique Village” hotelində yerləşmə daxildir (27.12.2019 – 03.01.2020).

Yanvarda Dubayı da seçə bilərsiniz. Əmirliyə “PEGAS TOUR” vasitəsilə gedə  bilərsiniz. Belə bir səyahət Birləşmiş Ərəb Əmirliklərinin qızmar Günəşi altında bütün ailə üçün Yeni il nağılına çevriləcək. Ərəb küçələrində və ya müasir, ecazkar göydələnlər arasında gəzməkdən daha maraqlı nə ola bilər?

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-2

Tura 4 ulduzlu “Citymax Hotel”də yerləşmə daxildir (28.12.19 - 02.01.20).

Həmçinin oxu: Yeni ili Bakının hansı restoranında qeyd edək? - Bayram proqramı + QİYMƏTLƏR

Əsl Yeni il ab-havası

Tamamilə qış nağılı ab-havası yaşamağa üstünlük verənlər üçün Rusiya və Avropa ölkələrinə səfərlər daha uyğundur. “Tourgood Travel” ilə Yeni ili Finlandiyada qeyd edə bilərsiniz. Bu ölkədə bir çox bayram şənlikləri və yarmarkaları, maskaradlar və əlbəttə ki, parlaq və unudulmaz atəşfəşanlıq hazırlanır. Qışda kifayət qədər soyuq olsa da, heç kimin əylənməsinə mane olmur.

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-3

Tura 4 ulduzlu “Hullu Poro Hotel”də qalmaq da daxildir (28.12 19 - 04.01.20).

Uşaqlar Santa Klausun doğma məkanı olan Laplandiyada gəzməyə maraqlı göstərəcəklər. Bu, Santanın kənddə yerləşən iqamətgahını görmək üçün əla fürsətdir. Burada çox maraqlı turistik yerlər, elflər və əlbəttə ki, Milad maralı Rudolfo var. Bu nağıllar aləminə “PEGAS TOUR” agentliyinin köməyi ilə daxil ola bilərsiniz.

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-4

4 ulduzlu “Levi Hotel Spa” da xidmətinizdədir (28.12.19 - 02.01.20). 

Qədim Praqada da Yeni il ab-havası hökm sürür. Bayram günlərində Çexiyanın mərkəzi küçələrində yarmarkalar keçirilir, hər yerdə parlaq işıqlar göz oxşayır, atəşfəşanlıq olur. Bu şəhərə “Victory Tour” agentliyi vasitəsilə gedə bilərsiniz.

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-5

4 ulduzlu “EA Hotel Rokoko”da qala bilərsiniz  (28.12.19 - 04.01.20). 

“Baku Holiday Travel” səyahət şirkəti Yeni ili Rusiyanın mədəniyyət paytaxtı - Sankt-Peterburqda qeyd etməyi təklif edir. Şəhər Avropa memarlığı, maraqlı tarixi hadisələri və unudulmaz ədəbi əsərləri ilə maraqlıdır. Hər il şəhərdə sürprizlər, bayram konsertləri ilə dolu inanılmaz bir şou proqramı hazırlanır.

Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR, fotoşəkil-6

4 ulduzlu “Imperial Art Hotel”də qala bilərsiniz (30.12.19 - 04.01.20). 

Yeni il tətilinin qiyməti

Şirkət

Məkan

Qiymət

Tourgood Travel

Bali

3443 $

PEGAS TOUR

Dubay

700 $

Tourgood Travel

Finlandiya

1289

PEGAS TOUR

Laplandiya

1558

Victory Tour

Praqa

1136

Baku Holiday Travel

Sankt-Peterburq

616 $

Züleyxa İsmayılova

BakuCity.az

Yeni il tətil səyahət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər