Bakıda ərəb turist evə 4 qadın gətirdi, pulu oğurlandı

Bakıda ərəb turist evə 4 qadın gətirdi, pulu oğurlandı

Polisə şikayət edib

Bakının Səbail rayonunda xarici turistlər qarət edilib.

BakuCity.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Dörd naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuila Abduranı qarət ediblər.

Səbail rayonu 41-ci Polis Bölməsinə müraciət edən turist qadınların onun 600 manat pulunu oğurlamasından şikayət edib.

İlkin məlumata əsasən, ərəb turist qadınları kirayədə qaldığı evə əylənmək məqsədilə gətirib. 

Digər hadisə Neftçilər prospekti, 36 nömrəli binanın qarşısında baş verib. 1985-ci il təvəllüdlü Pakistan vətəndaşı Zubair Adnan Pakistani cibindən naməlum şəraitdə 500 dolların oğurlandığını bildirib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

Hələlik saxlanılan yoxdur.

BakuCity.az

bakı ərəb turist oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər