Xəzərdə həyəcan: 400-dən çox neftçi təxliyə edildi

Xəzərdə həyəcan: 400-dən çox neftçi təxliyə edildi

Təhlükəsizlik tədbirləri təmin edilib

Hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

SOCAR-dan BakuCity.az-a verilən məlumata görə, təxliyə prosesinin təşkilində şirkət lazımi təhlükəsizlik tədbirlərini təmin edib.

Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.

BakuCity.az

SOCAR dəniz neftçilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər