Bu avtomobillərin bütün Bakıda sürücüləri cərimələyəcəyi deyilir
Bakıda eyni operativ nəqliyyat vasitələri xidmətə başlayıb.
BakuCity.az-ın News24.az-a istinadən verdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyinin istifadəyə verdiyi SEAT markalı bu avtomobillərin üzərinə bir neçə xüsusi kamera quraşdırılıb.
Avtomobillər, əsasən, Heydər Əliyev prospektində dayanma-durma qaydalarını pozan maşınların fotolarının çəkilərək elektron protokolların tərtib edilməsi məqsədilə fəaliyyət göstərir.
Həmçinin oxu: Sürücülər, diqqətli olun: Sizi aldada bilərlər! - VİDEO
Yaxın vaxtlarda bu avtomobillərin bütün Bakı ərazisində qaydaları pozan sürücüləri cərimələməyə başlayacağı gözlənilir.