Xəstəxanaya çatdırılıb
Bakıda gənc oğlan bıçaqlanıb.
BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb.
BakuCity.az