Ceyhun Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı yaradır

"Avropa Yaşıllar Hərəkatı ilə əməkdaşlıq qarşıda duran planlar sırasındadır"

Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis olunur.

BakuCity.az-ın məlumatına görə, sabiq millət vəkili Ceyhun Osmanlı APA-ya bildirib ki, hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb.

“Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”, - deyə C.Osmanlı qeyd edib.

O bildirib ki, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək Hərəkatın əsas məramlarındandır.

“Avropa Yaşıllar Hərəkatı və Qlobal Yaşıllar Hərəkatı ilə əməkdaşlıq da qarşıda duran planlar sırasındadır”, - deyə C.Osmanlı qeyd edib. 

BakuCity.az

Ceyhun Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
14 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Kriminal
8 aydır heroin satır Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.   BakuCity.az “Report”a istinadənn məlumat verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.  Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, or...
Cəmiyyət
Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək 9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri he...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...
Cəmiyyət
"Əməliyyat zamanı xəstənin çənəsindən tutub" Azərbaycan Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən BakuCity.az-a daxil olan açıqlamada bildirilir: “Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əmə...
Cəmiyyət
Alternativ yollar açıqlandı Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. BakuCity.az məlumat verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların raha...
Cəmiyyət
"Çox yaxşı müəllimə idi, fəxri fərmanları var idi" Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllimə uşağı döyür, daha sonra videoya çəkildiyini görüb onu qucaqlayır. BakuCity.az-ın məlumatına görə, Uşaq evinin direktor Sevda Hacıyeva Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən il dekabrın 29-da baş verib: “Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova El...