Maşinist əyləci basaraq arxa vaqonlara keçib
Dəmiryol stansiyasında qatarla kran toqquşub.
BakuCity.az-ın məlumatına görə, qəzanın görüntülərini Baku.ws-in “qaynar xətti”nə göndəriblər.
Bildirilib ki, hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş verib.
Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan qatarın səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün qatarın maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.