Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

İki maşına ciddi ziyan dəyib

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

BakuCity.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

"Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub".

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

"Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO, fotoşəkil-1 Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO, fotoşəkil-2 Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO, fotoşəkil-3

BakuCity.az

bakı avtomobil güclü külək avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər