Satıcıdan kassadakı pulları tələb edib
Bakıda şirniyyat dükanına basqın edilib.
BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 70- ünvanında baş verib.
Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Ülvi Elşad oğlu Atakişiyevi bıçaqla hədələyib.
O, satıcıdan kassadakı pulları tələb edib. Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Arzu Nemət oğlu Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
BakuCity.az