BDU-nun iki tələbəsinin vəziyyəti pisləşdi

BDU-nun iki tələbəsinin vəziyyəti pisləşdi

20 yaşlı iki tələbə qız xəstəxanaya çatdırılıb

Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, kirayə yaşadıqları evdə iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Həmçinin oxu: Zəhərlənən BDU tələbələri ilə bağlı yeni TƏFƏRRÜATLAR

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır.

Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

BakuCity.az

BDU yataqxana tələbələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər