Bakıda bu qəsəbə plana düşüb? - Siyahıyaalma başladı

Bakıda bu qəsəbə plana düşüb? - Siyahıyaalma başladı

Metro stansiyasının inşası ilə bağlı qərar verilməyib

Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb.

BakuCity.az Redaktor.az-a istinadən xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, “Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "Y1" adlandırdığımız stansiyadır:

“Bu stansiya “Koroğlu”ya yaxın ərazidə yerləşəcək, yəni Böyükşor qəsəbəsinin yaxınlığında olacaq. Lakin yeni stansiyaların konkret yeri barədə indidən nəsə demək çətindir. “Y1” stansiyasının inşaat işləri ilə bağlı hələ qərar verilməyib”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə qeyd edib ki, sözgedən ərazidə heç bir söküntü işləri planlaşdırılmır. Evlərin siyahıya alınmasının başqa səbəbi var:

“Bilirsiniz ki, Böyükşor qəsəbəsində çox sayda sənədsiz evlər var. Bu siyahıyalma da həmin evlərə çıxarış verilməsi ilə bağlıdır. Evlərin kvadratı ölçülür, qeydiyyatda olan şəxslər müəyyən edilir”.

BakuCity.az

bakı qəsəbə siyahıyaalma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər