Musa Nağıyevın nəvəsi: Xarici banklardakı yatırımlarını əldə edib qalan iki binanı tikdirmək istəyirəm - MÜSAHİBƏ

"Babam bəhailiyə sitayiş etməyib, amma..."

XIX əsrin sonları, XX əsrin əvvəllərində neftə artan tələbat Azərbaycan milli burjuaziyasının təşəkkülünə səbəb oldu. Bakının 11 milyonçusunun malik olduğu var-dövlət isə həmin dövrün bəzi hökmdarlarının var-dövlətindən çox idi.

BakuCity.az “Bakı milyonçuları” rubrikası çərçivəsində Azərbaycanın məşhur milyonçusu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevdən bəhs edir.

Milyonçunun nəvəsi, yazıçı-jurnalist, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva-Muxtarova ilə həmsöhbət olduq.

Qeyd edək ki, D.Nağıyeva-Muxtarova Musa Nağıyevin doğma qardaşı Ağa Əlidən övladlığa götürdüyü Fərəc Nağının qızıdır.

- Musa Nağıyevi tanımayan yoxdur, amma onun haqqında sizdən eşitmək daha maraqlıdır. Ağa Musa Nağıyev kimdir və necə insan olub? 

- Ağa Musa Nağıyev 1849-cu ildə Bakıda, Biləcəri qəsəbəsində Hacı Nağı və Seyid qızı Rüqiyyənin çox kasıb ailəsində doğulub. Atası saman satmaqla məşğul olub, qardaşı Ağa Əli isə ömrünün sonuna qədər hamamçı işləyib. Yük daşımaqdan, hambalçılıqdan böyük firmanın sahibi olana qədər ağır həyat yolu keçən Nağıyev neftin və işgüzarlığının hesabına milyonçu olub. Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib. Oğlu İsmayılın xatirəsinə həsr etdiyi, indiki İstiqlaliyyət küçəsində qotik üslubda tikilmiş “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bu tikililər içərisində şah əsər sayılır.

Babamın ziddiyyətli, sevincli, kədərli və faciəli həyatı bütövlükdə doğma xalqının tarixi və mədəniyyəti ilə bağlıdır. Tanrı hələ kiçik yaşlarından onu özündən böyük yükün altına atıb. Zəhmətinin bəhrəsini – yalnız çörəyə və qəndə çatan pulunu qazanıb, ehtiyac duyan ailəsinə kömək edən Ağa Musa sonradan xeyirxahlığı, təfəkkürü ilə zəmanəsinin mesenatları  arasında özünəməxsus yer tutanlardan olub. Alicənablıq və təvazökarlığı özündə cəmləşdirə bilən neft milyonçusu keçdiyi həyat yolunun məqamlarını özündə əks etdirməyi də bacarıb. XX əsrin əvvəllərində Bakının daha çox ehtiyac duyduğu sahələrin dirçəlişi, xalqın tələbatını ödəmək baxımından, məşhur mesenatın həyata keçirdiyi tədbirlər bu gün fövqəladə zəhmətin və xalqa bağlılığın təzahürü kimi diqqəti cəlb edir.

Görünüşcə isə orta boylu, orta çəkili olub. Nazik barmaqlarının ucunu hər zaman dövrünə uyğun olaraq xına ilə rəngləyərdi. Məclisə daxil olanda dövrünün ən varlı sahibkarı olduğundan və xeyriyyəçiliyinə görə hamı ayağa qalxardı.

- Deyilənə görə, Ağa Musa Nağıyev bəhailiyə inanır və düşünürdü ki, öləndən sonra insanın ruhu başqa bədəndə yenidən təzahür edir və buna görə də Bakıda bu qədər çox bina tikdirmək istəyib. Bu fikir düzdürmü?

- Babam bəhailiyə sitayiş etməyib, amma onun ikinci həyat yoldaşı gürcü yəhudisi Cankorova Yelizaveta Qriqoryevna bəhai cəmiyyətinin üzvü olub və babamın pullarını ora xərcləyib. Bəhai cəmiyyətinin məqsədi isə Bakı ərazisində yaşayan, bəhai təriqətinə etiqad edən sakinlər arasında ibtidai təhsilin yayılmasına nail olmaq olub. Y.Qriqoryevnanın kimsəsiz uşaqlara yardım etmək işinə cəlb etdiyi Ağa Musanın sonradan bu cəmiyyətin fəal üzvünə çevrilməsində və ardıcıl olaraq bu xeyriyyəçiliyini davam etdirməsində böyük rolu olub.

O, 1919-cu il martın 4-də, 70 yaşında Bakıda dünyasını dəyişəndə dəfnində 70 molla iştirak edib.

Binalara gəlincə, babamın atası həmişə ona vəsiyyət edirmiş ki, nə qədər çox pul qazansan, bir o qədər bina tikdir, daş həmişəlik yadigardır. O da qarşısına məqsəd qoyur ki, 100 bina tikdirsin, amma 70 yaşında rəhmətə gedir və 98 bina tikdirə bilir.

- Məzarının dəfələrlə dəyişdirilməsi öz vəsiyyəti olub?

- Vəsiyyətinə əsasən, Kərbəlada oğlu İsmayılın yanında dəfn olunacağı ümidi ilə Ağa Musa Nağıyevin məzarüstü “əmanət” qoyulan başdaşı sonralar çox yol gözləməli olub. Belə ki, müflisləşmiş nəslin nümayəndələrinin əlacsızlığı, nəşinin üçüncü dəfə köçürülməsi mərasiminin Zəhra xanımın vaxtilə Ağa Musanın hədiyyə etdiyi boyunbağısının “Torqsin”də (zərgərlik dükanı) satıldığı pulun hesabına başa gəlməsi, sovet quruluşu və sovet hakimiyyətinin mesenatın məzarı ətrafında yaratdığı problemlər, daha sonra Böyük Vətən müharibəsi, totalitar rejim və Nağıyevlərin “kapitalist ünsürlər” kimi təqibi və bir çox digər səbəblərdən milyonçunun nəşi yalnız 1998-ci ildə rahatlıq tapıb.

1919-cu ildən 2016-cı ilədək baş verən prosesdən kiçik arayışı Musa Nağıyev 1919-cu ildə Bakının Çəmbərəkənd qəbiristanlığında dəfn edilib; 1931-ci ildə - vəfatından 12 il sonra ikinci dəfə qəbir yeri dəyişdirilib. 12 rəqəmi onun hambalçılıq etdiyi illərin cəminə təsadüf edir. 1938-ci ildə - vəfatından 19 il sonra üçüncü dəfə qəbir yeri dəyişdirilib. Bu rəqəm onun 19 yaşında  kiçik torpaq sahibi olduğuna işarədir. 1998-ci ildə - vəfatından 80 il sonra dördüncü dəfə qəbir yeri dəyişdirilib, 8 (80) rəqəmi onun liderliyini təsdiq edir. 2016-cı ildə, vəfatından 98 il sonra məzarüstü büstünün qoyulma mərasimi həyata keçirilib. Bu rəqəm tikdirdiyi binaların sayına təsadüf edir.

- Nağıyevin Yelizavetadan övladı olub?

- Xeyr. Bəzi yerlərdə yazılır ki, guya babam müsəlman qadınını boşayıb və yəhudi qızı ilə evlənib. Bu, doğru deyil. O, ikinci həyat yoldaşı ilə də kəbin kəsdirib və sonradan mülk bölgüsü də hər iki qadın arasında bərabər həyata keçirilib. Babamın müsəlman qadını Ümmə Səlmədən isə iki övladı – İsmayıl və Ümmül Banu doğulub.

Dilarə xanım babasının Bakıda tikdirdiyi 98 binadan artıq 76-nı siyahıya alıb, amma deyir ki, bununla bağlı növbəti müsahibədə daha geniş məlumat vermək istəyir.

- Babamın tikdirdiyi 98 binanın hamısı paytaxtda yerləşir. Onlardan 76-nı siyahıya almışam. Binaların 36-sı – AMEA, İqtisad Universiteti (UNEC), Məhkəmə Ekspertizası Mərkəzi, Ağır Cinayətlər Məhkəməsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Əfəndiyev adına Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (keçmiş OMD xəstəxanası), keçmiş Musa Nağıyev xəstəxanası (indiki 1 saylı Şəhər Klinik xəstəxanası), Sabunçu poliklinikası, ÜNS teatrı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zabitlər Evi, Səhiyyə Nazirliyinin keçmiş binası və digər müəssisələrin yerləşdiyi inzibati binalardır. Bunlardan başqa, Gül pasajı, 28 May küçəsindəki qoşa imarətlər və vağzaladək bütün binalar, Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilib.

- Bəs özünün neçə evi olub?

- Ümmə Səlmə ilə Rəsul Rza və Nigar Rəfibəyli küçələrinin kəsişməsində “Gül pasajı” deyilən binada, Yelizaveta Qriqoryevna ilə isə Bəşir Səfəroglu, 173-lə Səməd Vurğun küçəsinin kəsişdiyi tində tikdirdiyi binada yaşayıb. S.Vurğun küçəsində isə yaşamadığı evləri çox olub. 

- Xaricdə oxuyan azərbaycanlı tələbələrə təqaüd verməsi doğrudurmu? 

- Ağa Musa Nağıyev sahibkarlıqdan əldə etdiyi gəlirləri millətin maariflənməsi üçün sərf edən mesenatlardan olub. Vəfatından sonra aşkar edilən siyahıda xaricdə təhsil alan tələbələrin adları və onlara ayırdığı təqaüd haqqında məlumat var. O, 25 müsəlman qızının ibtidai sinifdə oxuması üçün də iri məbləğdə ianə verib. Həmçinin xaricdə təhsil alan gənclərin təhsil haqlarını ödəməyi üzərinə götürərək, Realnı məktəbdə təhsildə fərqlənənlərə təqaüd təyin edib. Bu gün də Dövlət İqtisad Universitetində (keçmiş Realnı məktəb) təhsildə fərqlənən tələbələrə Ağa Musa Nağıyevin adına təqaüd verilir. Babam mütəmadi olaraq hər il azərbaycanlı tələbələrinin müxtəlif təhsil ocaqlarında bilik almaqları üçün 8000 rubl məbləğində təqaüd ayırıb.

- Yazılarınızın birində qeyd etmişdiniz ki, atanız Nağıyev soyadının sürgünü olub...

- Atam, tanınmış aktyor və rejissor Fərəc Nağıyev Ağa Musa Nağıyevin yeganə varisi olub. O, doğma oğlu İsmayılın vəfatından sonra qardaşı Ağa Əlidən üç aylıq Fərəci övladlığa götürüb. 

Atam teatr, incəsənət sahələrini pillə-pillə aşaraq, ailəsi ilə birlikdə uzun illər ölkədən kənarda və Azərbaycanın rayonlarında köçkün-qaçqın həyatı yaşayıb. Onun məqsədi Orta Asiya və Dağıstanda, eləcə də ölkənin geridə qalmış bölgələrində mədəniyyətin, ələlxüsus, incəsənətin inkişafı üçün əlindən gələni etmək olub. Amma Nağıyev soyadı onu hər zaman təqib etdiyindən yaradıcılığı kölgədə qalıb. Beləcə, Fərəc 1929-cu ildən Nağıyev soyadının sürgünü olub.

- Nağıyevin xaricdə yaşayan qohum-əqrəbası, ümumiyyətlə, nəslinin davamçılarından başqa kimlər var?

- Gözlənilmədən maddi problemlərlə qarşılaşmış Ağa Musa, onun varisləri sovet repressiya maşınının sərt siyasətinin təsiri nəticəsində “səfillər” kateqoriyasında sıralanaraq, cəmiyyətdə mənfi obrazla damğalanaraq mənəvi sıxıntılara, vətəndən uzaqlarda yaşamağa məcbur oldular. Bu sırada Ağa Musa Nağıyevin oğulluğu Fərəc Nağıyev, nəvəsi Ümmül Banu maddi-mənəvi-psixoloji sıxıntılar yaşasalar da, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bir sıra töhfələr veriblər.

Xaricdə təkcə ilk fransızdilli azərbaycanlı yazıçı Banin (Ümm-əl-Banu) qalmışdı, o da 1992-ci ildə rəhmətə getdi. Banin Ağa Musanın qız nəvəsi idi. Biz isə beş övlad olmuşuq, yeganə sağ qalan mənəm.

Dilarə xanım deyir ki, ən böyük istəyi babasının xarici banklarda olan yatırımlarını əldə edib qalan iki binanı tikdirmək və onun adını “100 bina tikdirən şəxsiyyət” kimi tarixə salmaqdır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

bakı milyonçu neft Musa Nağıyev Dilarə Nağıyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına (Avro-2020) aparacağı təxmini heyəti seçib. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lüy”ü müəyyənləşdirdiyini yazıb. R.Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə o...
Cəmiyyət
Sexin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirilib. Həmçinin oxu: Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə...
Cəmiyyət
Binəqədidə qənnadı sexlərinin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınma...
Siyasət
"O zamanlar Azərbaycanda ciddi mənada sıxıntılı dövr idi" “Bu gün Bakıda mətbuat konfransında da ifadə etdim. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə də Azərbaycana getmişdim. 1992-ci ildə də Ərbəkan müəllimlə (Nəcməddin Ərbəkan, 1996-1997-ci illərdə Türkiyənin Baş Naziri olub – red.) Bakıya getmişdim. O vaxtlar market, bazarlarda elə də bir şey tapa bilməzdik. Bir şey istədikdə, satıcı vitrində göstərdiklərinizdən ikincisini tapa bilmirdisə,...
Ekologiya
Hazırda toz dumanı müşahidə olunur Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov BakuCity.az-a bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsid...
Cəmiyyət
Hərəkət dayandırılıb Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. BakuCity.az-ın məlumatına görə, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurban...
Hadisələr
Qayınanasının vəziyyəti ağırdır Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Həmin şəxsin həyat yoldaşı və qaynı hadisə yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi o...
Siyasət
Bu gün görüşüb qərar verəcəklər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat) və deputatlığa müstəqil namizəd Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib. BakuCity.az-ın məlumatına görə, mitinqin təşkilatçılarından olan D18 təşkilatının rəhbəri Ruslan İzzətli APA-ya bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May...
Mədəniyyət
Hazırda da dumanlı hava şəraiti davam edir Bu gün səhər saatlarından etibarən Abşeron yarımadasında toz dumanı müşahidə olunur. BakuCity.az xəbər verir ki, Sumqayıtda qeydə alınan görüntülər isə “sunami”ni xatırladıb. Qeyd edək ki, hazırda da dumanlı hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bu halı təbii metereoloji hadisə adlandırıb. Bildirilib ki, havanı...