BDU rektoru tələbələrin zəhərlənməsindən danışdı

BDU rektoru tələbələrin zəhərlənməsindən danışdı

"Zəhərlənmənin universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur"

Hadisə yataqxanada deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib.

BakuCity.az “Report”a istinadən  xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib.

Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil:

''Çünki bu, hamıya psixoloji təsir göstərir. Bu gün xəstəxanaya aparılan tələbələrdən biri bizim, digəri isə başqa universitetindir''.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrə verilən yemək kartı və universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur:

''Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bir-birinə bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini tövsiyə edirik''.

BakuCity.az

bakı BDU zəhərlənmə elçin babayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər