Qiymətlərin daha da artacağı gözlənilir
Bakının avtomobil satışı mərkəzində satışın vəziyyəti zəif olaraq qalır.
BakuCity.az xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırma nəticəsində məlum olub.
Satıcılar bildiriblər ki, bazara çoxlu sayda maşın çıxarılmasına baxmayaraq, alıcı sayında azlıq müşahidə olunur.
Bazarda nisbi tələbat isə əsasən Almaniya istehsalı və qiyməti 10 min manata qədər olan avtomobillərədir.
Alıcı azlığının səbəbi kimi qiymətlərin baha olması göstərilir.
Satıcıların sözlərinə görə, qarşıdan soyuq aylar gəldiyi üçün qiymətlərin daha da artacağı gözlənilir. Elə alıcılar da qiymətlərin yüksək olması səbəbi ilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətlənirlər.