Bakıda xəstəyə köməyə tələsən təcili yardım maşını cərimələndi

 Bakıda xəstəyə köməyə tələsən təcili yardım maşını cərimələndi

Sürücü yazılmış protokola etiraz edib

Bir müddət əvvəl Bakının Xətai rayonu ərazisində işıqforun qırmızı işığının tələbini pozan təcili tibbi yardım maşınının cərimələnməsi müzakirələrə səbəb olub.

BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Gəncə prospekti ilə Vanq Tau küçəsinin kəsişməsində qırmızı işıqdan keçən təcili tibbi yardım stansiyasına məxsus “Mercedes” markall 90 JD 726 qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin sürücüsü yazılmış protokola etiraz edib.

Lakin sürücü xəstəyə kömək etməyə tələsdiklərini bildirsə də, hadisə vaxtı onun sayrışan işıq siqnallarından istifadə etməməsi cərimələnməsinə səbəb olub.

Qeyd edək ki, operativ nəqliyyat vasitələri işıq və səs siqnallarından istifadə etmədikləri vaxt qaydaları pozarsa, cərimələnmələri mümkündür.

BakuCity.az

Bakı təcili yardım cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər