İctimai nəqliyyatda gediş haqqı bu tarixdə bahalaşacaq - İDDİA

"Tarif Şurasını saya salan yoxdur"

Parlament seçkilərindən sonra dizel yanacağı və gediş haqlarının bahalaşması ehtimalı yüksəkdir.

BakuCity.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında bu sözləri 28 May-Lökbatan istiqamətində hərəkət edən 125 saylı marşrut avtobusunda gediş haqqının 35 qəpikdən 40 qəpiyə qaldırılması fonunda yaxın günlərdə ictimai nəqliyyatda gediş haqlarının artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə Tarif Şurası məşğul olmalı olsa da, görünən odur ki, bu qurumu saya salan yoxdur:

"İctimai nəqliyyatda gediş haqqını tənzimləyən qurum Tarif Şurasıdır. Amma nədənsə, Tarif Şurasının qərarı olmadan da bu istiqamətdə qərarların verilməsinə başlanılıb. Ona görə bəzi marşrutlarda qiymətin bahalaşdırılmasının legitimliyi də sual altındadır və bahalaşma səbəblərinə izah verilməlidir. Həm metro, həm də şəhər nəqliyyatında gediş haqqının artırılması ilə bağlı ümumiyyətlə son illər çoxsaylı açıqlama və söz-söhbətlər olub və olmaqda davam edir. Metropoliten rəhbərliyi daşınmanın maya dəyərinin yüksək olduğunu deyir. Avtobuslarla daşınmada da maya dəyərinin yüksək olduğu qeyd olunur”.

Ekspert bildirib ki, 125 saylı marşrutda gediş haqqının bahalaşması yaxın dövrdə bu istiqamətdə növbəti addımların atılacağının ilkin işartısı sayıla bilər.

Bununla belə, N.Cəfərli düşünür ki, gediş haqlarının artırılması istiqamətində əsas addımlar növbədənkənar parlament seçkilərindən sonra baş verəcək:

"Bu mənada hazırda bəzi marşrutlarda gediş haqqının artırılmasına gedilməsi, ola bilsin, gələcəkdə nəqliyyat sahəsində qiymət artımına gediləcəyi ehtimalının yüksək olmasının ilkin göstəricidir. Amma hazırkı situasiyada sərnişin nəqliyyatında qiymət artımına gedilməsinə maneə olan bir amil var, o da ölkənin növbədənkənar parlament seçkilərinə getməsidir. Bu mənada seçkilərə qədər hansısa bir istiqamətdə, o cümlədən ictimai nəqliyyatda qiymətlərin artacağını düşünmürəm. Amma seçkidən sonra nəqliyyatda və digər sahələrdə qiymət artımı ilə bağlı qərarların verilmə ehtimalı yüksəkdir. Seçkidən sonra dizel yanacağının və nəqliyyatda gediş haqqının bahalaşması gözləniləndir”.

BakuCity.az

Bakı ictimai nəqliyyat gediş haqqı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...