Ermənilər yenə Bakıya gəlir - Bu dəfə rəsmi şəxslər

Ermənilər yenə Bakıya gəlir - Bu dəfə rəsmi şəxslər

Ermənilərin Bakıya son 20 gündə ikinci səfəri

Ermənistan Baş Naziri Nikol Paşinyanın qərarı ilə 4-7 dekabr tarixlərində növbəti Ermənistan nümayəndə heyəti Bakıya gələcək.

BakuCity.az-ın məlumatına  görə, “Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyəti Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASECA) 14-cü iclasında və quruluşun 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak edəcək.

Bildirilir ki, qərara əsasən, Bakıya Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, həmin nazirliyin Avtomobil Nəqliyyatı Separtamentinin şöbə rəisi Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli Siyasət və İnkişaf Əməkdaşlığı Departamentində müşavir vəzifəsini daşıyan Artem Aznauryan gələcək.

Həmçinin oxu: Bakıda ödənişsiz erməni dili kursları olacaq

Qeyd edək ki, bu, son 20 gündə Azərbaycana səfər edəcək ikinci qrup ermənidir. 17-21 noyabr tarixlərində Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, işğal altında olan Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Azərbaycandan Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Ermənistandan isə Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerkanyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan və  İctimai televiziyanın əməkdaşı Edqar Elbayan gəlib.

BakuCity.az

Bakı Ermənistan nümayəndə heyəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər