Bakının tikinti materialları bazarında SON QİYMƏTLƏR

Bakının tikinti materialları bazarında SON QİYMƏTLƏR

Satıcılar taxtanın qiymətini azaldıblar

Bakının tikinti materialları bazarındakı son qiymətlər açıqlanıb.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, 2 dekabr tarixinə "Dərnəgül" tikinti materialları bazarı və "Papanin" körpüsü ətrafında mövcud olan daş bazarında parametrlərindən asılı olaraq, armatur, taxta, dikt, DSP, şifer, mismar, qum, alçıpan, plastmas boru, şüşə, sement, daş və kərpicin qiymətləri (manatla) araşdırılıb.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada əks olunub:

Bakının tikinti materialları bazarında SON QİYMƏTLƏR, fotoşəkil-1

Qeyd edək ki, son günlər tikinti materialları bazarında ən mühüm dəyişiklik taxtanın qiymətində öz əksini tapıb.

Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırovun bildirdiyinə görə, taxtanın qiymətində təqribən 5%-ə yaxın azalma qeydə alınıb:

"Bunun da səbəbi havaların soyuması ilə əlaqədar tikintilərin azalmasıdır. Ona görə də satıcılar taxtanın qiymətini nisbətən endiriblər. Digər tikinti materiallarının satışında isə əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmur".

Bakının tikinti materialları bazarında SON QİYMƏTLƏR, fotoşəkil-2

BakuCity.az

Bakı tikinti bazar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər