Bakıda uşaqlar üçün festival keçiriləcək

Bakıda uşaqlar üçün festival keçiriləcək

“Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək.

Muzeydən BakuCity.Az-a verilən məlumata görə, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək:

"Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, "Transformers Bumblebee" şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar. Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcəklər".

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir.

Festifavın açılışı 7 dekabr saat 10:30-da olacaq. Festivala ziyarət hər gün 18:00-da qədər davam edəcək.

BakuCity.az 

bakı Xalça uşaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər