Robot rəssam, pianoçu və balıqlar paytaxtda: "Bakutel" sərgisi davam edir - FOTO

Sərgidə 23 ölkədən 238 şirkət iştirak edir

Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi davam edir.

BakuCity.az-ın məlumatına görə, sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb:

“İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”.

Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

BakuCity.az-ın da öz stendi ilə təmsil olunduğu yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. 11 ölkə tədbirə Milli pavilyonla qatılıb.

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur.

Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunur. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edirlər.

Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunur.

· Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu Pepper humanoid
· Robot balıqlar
· Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur Robot rəssam
· Taktiki hərbi kəşfiyyat robotu Spider
· Müxtəlif Sumo, Güləş və Dron yarışları
· Kosmo zonası
· 6 metrlik uçan astronavt
· Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu Robot TEOTRONİCO

Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.

Sərgidə “İnternet of Things (İoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərir. Stenddə “Əşyaların interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilir. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar “İoT” məhsullar var. Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim olunur.

Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

“Bakutel 2019” sərgisi çərçivəsində həyata keçirilən sosial layihələrdən biri də “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq.

İnformasiya dəstəyi - BakuCity.az

FOTO: Nicat Alili

BakuCity.az

bakutel sərgi robotlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az
Biznes
AQTA normadan artıq şəkər istehlakının təhlükələri barədə xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri barədə maarifləndirici məlumat hazırlayıb.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir.  Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımd...
Cəmiyyət
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb. BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Qu...
Cəmiyyət
Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.  BakuCity.az  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.  Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağl...