BDU-nun yataqxanasında tələbə ölümü qida zəhərlənməsindən olmayıb

BDU-nun yataqxanasında tələbə ölümü qida zəhərlənməsindən olmayıb

"KİV-də bu barədə yalnış informasiyalar verildi"

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli universitetdə zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetində qızların zəhərlənməsi hadisəsi ilə bağlı hazırda cinayət işi aparılır:

Həmçinin oxu: Zəhərlənən BDU tələbəsinin xəstəxanadan görüntüsü yayıldı - VİDEO

"Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".

BakuCity.az

BDU tələbələr zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər