Bakıda temperatur 3 dərəcəyə qədər enəcək

Bakıda temperatur 3 dərəcəyə qədər enəcək

Meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

Dekabrın 5-də Azərbaycan paytaxtında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Bakıda şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BakuCity.az

Bakı hava proqnozu külək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər