Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO

Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO

Teatrın müxtəlif tamaşalarından parçalar nümayiş olunub

Dekabrın 3-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Yuğ Dövlət Teatrının 30 və teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

BakuCity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan tədbirdən öncə qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Yuğ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salıb:

“Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib”.

Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov qeyd edib ki, teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub.

Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib.

Tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-1 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-2 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-3 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-4 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-5 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-6 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-7 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-8 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-9 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-10 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-11 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-12 Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyi qeyd olunub - FOTO, fotoşəkil-13

BakuCity.az

Bakı Yuğ Teatrı yubiley Vaqif İbrahimoğlu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər