Avtobuslarda qəza çəkiclərini sürücülər niyə yoxa çıxarıb?

Bu avadanlıqlar elə bir anda insanların yardımına gələ bilər ki...

Qəza çıxışı çəkicləri, yanğınsöndürən balon və dərman qutusu avtobuslarda yerində olmayan avadanlıqlardandır. Onları daşıyıcı şirkət, sürücü təmin etməlidir.

BakuCity.az xəbər verir ki, bu sözləri "Qaynarinfo"ya yol nəqliyyatı eksperti Elməddin Muradlı Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslarda qəza anında insanların köməyinə çatacaq vəsaitlərin olmamasına münasibət bildirərkən deyib. 

Ekspert sözügedən vəsaitlərin avtobuslarda olmasının önəmini belə izah edib:

"Nazirlər Kabinetinin yeni qərarına əsasən, avtobuslarda iki litrlik yanğınsöndürən balon, qəza çıxış çəkicləri yerində olmalıdır. Çünki bunlar hadisə anında insanların köməyinə çatacaq vasitələrdir. Ona görə də avtobuslar bu vəsaitlərlə təmin olunmalıdır. Ancaq indi elə bir dövrdəyik ki, avtobusların heç istismar qaydaları norma çərçivəsində deyil, qalmışdı ki, çəkic, dərman və ya başqa tələblər olsun. Vaxtilə sürücülər bu vəsaitləri ehtiyat hissə kimi sökərək şirkətlərə satıblar deyə, indi bu avadanlıqları təmin etmək onlar üçün çox çətindir. 

Düşünürəm ki, avtobus parkı yeniləndikdə yeni gətirilən avtobusların üzərində bu avadanlıqlar yerində olacaq və zaman keçdikcə daşıyıcı şirkətlər də onların daim yerində olmasını təmin edəcək. Hazırda bu sahədə ciddi problem var. Əksəriyyətində lazım olan vəsaitlər, qurğular, cihazlar yoxdur. Ancaq anlamaq lazımdır ki, bu avadanlıqlar elə bir anda insanların yardımına gələ bilər ki... Ona görə də avtobuslarda bu vəsaitləri mümkün qədər təmin etmək lazımdır".

BakuCity.az

Bakı avtobus qəza çıxışı çəkic
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Zərflər fevralın 7-də açılacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir. BakuCity.az-ın məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17...
Cəmiyyət
2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib 1 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaş...
Cəmiyyət
Nəzarət gücləndirilib Bakı Nəqliyyat Agentliyi hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Ötən gün paytaxda yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab Səfərəliyeva küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobillə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil işıqforun dirəyinə çırpılaraq onu aşırdıb. Hadisə nəti...
Cəmiyyət
Körpələr evində 3 yaşa qədər uşaqlar saxlanılır Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə...
Cəmiyyət
İşlər davam etdirilir Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir. BakuCity.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-...
Mədəniyyət
Film “CinemaPlus” da nümayiş olunub “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib. BakuCity.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar. “CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkət...
Siyasət
Sənədə konfrans çərçivəsində imza atılıb Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb. BakuCity.az xəbər verir ki, adıçəkilən sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfdən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb. BakuCity.az
Cəmiyyət
"Çindən gələnləri mütləq yoxlamaq lazımdır" Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Ç...